Əfqanıstanda 6,1 maqnitudada zəlzələ oldu

  Əfqanıstanın şərqindəki Hindukuş dağlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Referans xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 46 km şimal-şərqdə, zəlzələ ocağı isə 42 km dərinlikdə yerləşib./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki