Qlobal bazarlarda "El Nino" hava hadisəsinin yenidən güclənməsi ilə bağlı gözləntilər xammal bazarında narahatlıq yaradıb. Mütəxəssislər yaxın dövrdə bir sıra kənd təsərrüfatı məhsullarında qiymət artımı riskinin yüksəldiyini bildirirlər.
Referans Media xəbər verir ki, "El Nino" Sakit Okeanda su səthinin isinməsi nəticəsində yaranan iqlim hadisəsidir. Bu proses qlobal temperatur və yağıntı rejimini dəyişdirir.
"El Niño"nun təsiri ilə Asiyada quraqlıq, Amerikada isə güclü yağış və daşqınlar müşahidə oluna bilər. "El Nino"nun 2026-cı ilin iyul ayında baş vermə ehtimalı 80%-dən çox artıb.
Ekspertlərin qiymətləndirməsinə görə, "El Nino" xüsusilə aşağıdakı məhsullarda qiymət dalğalanmasına səbəb ola bilər:
Palma yağı
Kakao
Pambıq
Düyü
Düyü və digər əsas ərzaq məhsullarında istehsalın azalması ehtimalı qiymət artımı riskini gücləndirir.
Asiya və Afrika üçün quraqlıq riski
Mütəxəssislər bildirir ki, xüsusilə Asiya və Avstraliyada yağıntıların azalması quraqlıq riskini artıracaq. Bunun əksinə olaraq Amerika qitəsində güclü yağış və daşqınların müşahidə olunması ehtimalı var.
Ekspertlərdən xəbərdarlıq
Xammal bazarı üzrə mütəxəssislər qeyd edir ki, "El Nino"nun təsiri güclü olarsa, xüsusilə 2026-cı ilin ortalarından etibarən kənd təsərrüfatı məhsullarında ciddi qiymət dəyişkənliyi yarana bilər.
