image-eks8backend

Eks-prezidentə edam cəzası tələb etdilər, 5 il iş verdilər

Cənubi Koreyada məhkəmə keçmiş prezident Yun Sok-yolu öz həbsinin qarşısını almağa cəhd göstərdiyinə və səlahiyyətlərindən sui-istifadə etdiyinə görə beş il həbs cəzasına məhkum edib.

Referans Media xarici mediaya istinadla xəbər verir ki, məhkəmə prosesində prokurorlar eks-prezidentə aha ağır cəza istəmişdilər. Onlar bəzən edam cəzası tələb etsələr də, sonda məhkəmədən Yun Sok-yolin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdilər. Ancaq məhkəmə bütün yüngülləşdirici məqamları nəzərə alaraq eks-prezidentə üçün 5 illik həbs cəzası verilməsinə dair hökm oxuyub. Müdafiə tərəfi bu cəza ilə də razı deyil, qərardan apelyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, Yun Sok-yol 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan edib, ardınca bu qərara etiraz edən deputatların toplantısına mane olmaq üçün parlament binasına hərbi hissələr göndərib. Ancaq parlamentarlar hərbçilərə qanunun kimin tərəfində olduğunu başa salıblar və onlar geri çəkilib. Bundan sonra parlament Yun Sok-yolun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verib və onu 2025-ci ilin yanvar ayında, prezident vəzifəsini icra etdiyi halda həbsə alıblar. Yun Sok-yolun prezident səlahiyyətlərinə aprel ayında xitam verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki