Elektrik ödənişləri üçün yeni dövr başlayır – 1 YANVARDAN…

Türkiyədə 1 yanvar 2026-cı il tarixindən dövlət dəstəyi çərçivəsində elektrik enerjisi ödənişləri üçün istehlak limiti 4000 kilovat-saata endirilərkən, aylıq orta hesabla 984 TL və daha çox elektrik enerjisi istehlak edən abonentlərin ödənişləri artacaq. Elektrik şirkətləri istehlakı yüksək olan abonentlərini SMS vasitəsilə xəbərdar edəcək və sərfəli müqavilə paketləri təklif edəcək.

Referans MEDİA xəbər verir ki, Elektrik enerjisinin tarifinə edilən son yeniləmə ilə, 4000 kilovat-saatdan (orta hesabla aylıq istehlak 333 kilovat-saat, yəni 984 TL-yə bərabərdir) çox olan istifadəçilər 1 yanvardan etibarən daha çox pul ödəməli olacaqlar. Elektrik paylayıcı şirkətlər tarifin qüvvəyə minməsinə az qalmış abonentlərə mesajlar göndərməyə başlayıblar. Sms vasitəsi ilə həmin abonetlərə xəbərdarlıq edilib. Və yeni müqavilə təklif edilib.

2026-cı il yanvarın 1-dən tətbiq olunacaq yeni tarif yaşayış yerlərinin 2025-ci il istehlakına əsaslanacaq. Başqa sözlə, 2025-ci il ərzində ev təsərrüfatları ümumilikdə 4000 kilovat-saatı keçərsə, onun hesabı 2026-cı il ərzində ən son tədarük tarifinə əsasən veriləcək. İsti iqlimi səbəbindən kondisionerdən intensiv istifadə edilən Antalyada təxminən 300.000 ev təsərrüfatının təyin olunmuş həddi aşdığı və dəstəkdən kənarlaşdırılacağı məlum olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki