Elektron siqaretlərdə narkotik tapıldı – ARAŞDIRMA

  Böyük Britaniyada aparılan araşdırma elektron siqaretlərin bir hissəsinin sintetik narkotik maddə – “spays” (baharat) tərkibli olduğunu üzə çıxarıb. 

Referans.az  xəbər verir ki, “Sky News”un məlumatına görə, “Bath” Universiteti 114 məktəbdən toplanan təxminən 2 min elektron siqareti test edib.

Nəticələr göstərib ki, cihazların bəzilərində narkotik maddənin miqdarı 13 faizə çatır. 

Qanunsuz şəkildə hazırlanan və parlaq rənglərlə qablaşdırılan bu mayelər “TikTok”, “Facebook” və “Instagram” kimi sosial şəbəkələrdə marixuananın psixoaktiv komponenti THC adı ilə təqdim olunur. Lakin əksəriyyəti əslində daha ucuz başa gələn sintetik narkotik “spays”dan hazırlanır. 

Araşdırmaya rəhbərlik edən professor Kris Pədni bildirib ki, sözügedən maddə olduqca güclü və asılılıq yaradan xüsusiyyətə malikdir:

“Belə narkotikin istifadəsi gəncləri zorakılıq, istismar və cinayətə meyl kimi son dərəcə təhlükəli vəziyyətlərə sürükləyir”.

Vizual analizlər göstərib ki, sosial şəbəkələrdə satılan elektron siqaret mayelərinin əhəmiyyətli hissəsi THC deyil, məhz “spays” tərkiblidir. Bu göstərici “TikTok”da 67,5 faiz, “Instagram”da 54,2 faiz, “Facebook”da isə daha aşağı olub. Professor Pədni əlavə edib ki, gənclərin bu maddələrlə hədəf alınmasının əsas səbəbi onların ucuz və asan əlçatan olmasıdır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki