Əli Nağıyevin DOĞUM GÜNÜDÜR

  Bu gün xalqımızın mərd oğlu, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağı oğlu Nağıyevin ad günüdür.

Bir insanın ad gününün mənsub olduğu ölkənin, millətin ən əlamətdar günlərinə təsadüf etməsini onun xoşbəxtliyi hesab edirəm. Bu gün Zəfər Günüdürsə, fəxarətin dərəcəsi ölçüyə gəlməz. Əli müəllim məhz belə xoşbəxt insandır. Zəfərə çatmağımızda birbaşa əməyi, hünəri keçən şəxsiyyətdir. Onun qələbəmizə verdiyi töhfələr bəllidir.

Ümummilli Lider Heydər Əliyev həmişə təhlükəsizlik orqanlarını dövlətin əsas dayağı, sütunu hesab edib. Əli Nağıyev təhlükəsizlik sistemimizdə Ulu Öndərin yolunu davam etdirən qeyrətli, qətiyyətli dövlət xadimi, əsl milli adamdır.

Əli müəllimi bir daha bu əlamətdar gün-Zəfər Günü və ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki