Əlillik təyinatında süni intellektdən istifadə olunacaq

Cari ildə xidmətlərin təkmilləşdirilməsində süni intellekt (Sİ) əsaslı həllərə mühüm üstünlük veriləcək.

Referans Media  teleqraf-a istinadən xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov mərkəzdə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xüsusilə, əlillik təyinatlarında Sİ həlləri sınaqdan keçirilir.

“Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90 %-dək ehtimalla doğru nəticə verir.

Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və mərkəzləşdirilmiş şəkildə “Omnichannel” yanaşması əsasında idarə olunacaq”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki