image-gallery_news_202603060818153backend

Emin Əmrullayev Ağdamda müəllimlərlə görüşdü

Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib.

Referans Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Görüşdə yaradılan təhsil infrastrukturu, qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının uğurla icrası ilə bağlı vacib məqamlar müzakirə olunub.

Sonda qeyd olunub ki, işğaldan azad olunan ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Görüşdən sonra Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şərait, eləcə də STEAM mərkəzi ilə tanışlıq olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki