Ən böyük vulkan idi, daha da böyüdübackend

Ən böyük vulkan idi, daha da böyüdü

  Avrasiya materikindəki ən hündür fəaliyyət göstərən vulkan olan Klüçevskaya Sopka, son püskürmədən sonra daha da hündürləşib.

Referans   lent.az-a istinadən bildirir ki, ancaq vulkanın nə qədər hündürləşdiyi hələlik məlum deyil. Əvvəllər onun hündürlüyü 4688–4750 metr arasında dəyişib.

Vulkan püskürməsi 30 iyulda başlayıb. Qərb yamacı boyunca qızmış lava axını, vulkan üzərində güclü işıqlanma və partlayışlar müşahidə olunub.

 
Səbəb isə Kamçatkada 8,8 maqnitudalı zəlzələ olub. Təxminən iki həftə sonra Klüçevskoy vulkanı il ərzində ikinci dəfə püskürərək havaya 10 kilometr hündürlüyündə kül sütunu atıb.

Hazırda püskürmə başa çatıb, lakin maqmanın çökməsi səbəbindən kiçik püskürmələrin baş verməsi mümkündür  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki