Ən uğursuz partnyorlar: Bu bürclərdə olur 

  Bəzi bürclər emosional uyğunluq və münasibətlərin davamlılığı baxımından daha çox problem yaşayırlar. Belə ki, bu bürclərin hər biri sevgi münasibətlərində fərqli, amma oxşar problemlərlə üzləşir.

Referans.az  bu münasibətlərdə problem yaşayan bürcləri təqdim edir:

Qız 

Mükəmməllik həvəsi ilə seçilən Qız bürcləri münasibətlərdə hər şeyin ideal olmasını istəyirlər. Bu isə çox vaxt qarşı tərəfi sıxır və emosional yaxınlığı zəiflədir. Əsasən Qız və Qoç cütlükləri xüsusilə uyğunsuz sayılır.

Əqrəb 

Dərin hisslərə malik olan Əqrəblər sevgidə güvən problemləri ilə üzləşirlər. Güclü emosiyalar və qısqanclıq münasibətləri gərginləşdirə bilir. Adətən Əqrəb-Dolça və Əqrəb-Şir cütlüklərini ən çətin münasibətlər arasında göstərilir.

Oxatan 

Macəra və azadlıq sevən Oxatan bürcü uzunmüddətli bağlılıqdan çəkinə bilər. Bu səbəbdən, onlar çox vaxt sabit münasibət saxlamaqda çətinlik çəkirlər. Araşdırmalar Oxatan bürcünün romantik münasibətlərdə “şanssız” bürclərdən biri olduğunu deyir.

Dolça

Azad ruhlu və fərqli düşüncəyə malik Dolçalar emosional bağlılığa ehtiyac duyan partnyorlarla çətinlik yaşayırlar. Onların müstəqil təbiəti və qeyri-ənənəvi baxışları münasibətlərin soyumasına səbəb ola bilər.

Astroloqlar vurğulayırlar ki, bu bürclər “uğursuz” deyil, sadəcə, müəyyən emosional və davranış fərqləri səbəbindən münasibətlərdə daha çox sınaqla üzləşirlər. Münasibətlərin uğuru isə təkcə bürclərdən deyil, qarşılıqlı anlayış və hörmətdən asılıdır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki