Endoneziyanın Java adasının şərqində yerləşən Semeru Yanardağı 5 dəfə püskürərək 1000 metrə qədər kül püskürtdü.
Referans Media News-ə istinadən xəbər verilir ki, Lumajang və Malang bölgələrinin sərhədində yerləşən Semeru Yanardağı yenidən aktivləşib. Yerli vaxtla 00:28–08:06 saatları arasında 5 dəfə püskürən vulkan 600–1000 metr hündürlüyə qədər kül buludu yaratıb.
Semeru Müşahidə Stansiyasının rəsmisi Liswanto bildirib ki, Endoneziyanın xəbərdarlıq sisteminə görə vulkanın təhlükə səviyyəsi “3-cü səviyyə”dir. O həmçinin fırlana bilən daş parçaları səbəbindən yanardağın ətrafında 5 kilometr radiusda bütün fəaliyyətlərin qadağan edildiyini qeyd edib.
Bromo Tengger Semeru Milli Parkının bir hissəsi olan Semeru Yanardağı Java adasının ən aktiv vulkanlarından biri hesab olunur.
