Epşteyn skandalında yeni BOMBA: Zuma və məşhurların siyahısı sızdı

ABŞ-da yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbsdə olan, daha sonra isə həbsxanada ölü tapılan milyarder Ceffri Epştein haqqında yayımlanan yeni sənədlərdə diqqət çəkən bir ad ortaya çıxıb.

Referans Media xəbər verir ki, sənədlərdə keçmiş Cənubi Afrika Prezidenti Ceykob Zuma 2010-cu ildə Epştein ilə axşam yeməyində iştirak edib. Zuma Fondunun sözçüsü isə bu iddiaları qəti şəkildə təkzib edərək, bunları “əsassız və qaralama kampaniyası” adlandırıb.

ABŞ-ın Ədliyyə Nazirliyinin müavini Todd Blanke açıqlamasında Epştein ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətlə paylaşıldığını bildirib. Sənədlərdə Zumanın 2010-cu ildə İngiltərəyə rəsmi dövlət səfəri zamanı Ritz otelində təşkil edilən kiçik axşam yeməyində iştirak etdiyi göstərilib.

Epşteinin yaxın çevrəsindən Mark Lloyd tərəfindən göndərilən və 5 mart 2010 tarixinin qeyd olunaduğu e-poçtda, Zuma üçün Ritz Otelində kiçik bir axşam yeməyinin təşkil olunmasının istəndiyi qeyd olunub. Həmin yazışmalarda şam yeməyinə “ortama cazibə qatması” üçün Rus modelin də dəvət olunmasının tövsiyə edildiyi və Epşteinin bu təşkilatla birbaşa məşğul olduğu iddia edilir.

Zuma Fondunun sözçüsü Mzwanele Manyi bildirib ki, Zumanın Epştein və ya onun fəaliyyətləri ilə hər hansı bir əlaqəsi yoxdur. O, sənədlərdə Zumanın adının keçməsinin hər hansı bir cinayəti təsdiqləmədiyini vurğulayıb:

“Zumayı üçüncü şəxsin cinayətləri ilə əlaqələndirmək etik olmayan, məsuliyyətsiz və intellektual dürüstlükdən uzaq bir davranışdır. Fond spekulyativ, jurnalistlik adı altında yayılan qaralama fəaliyyətlərinə qatılmayacaq.”

Epştein 18 yaşdan kiçik, ən kiçiyi 14 yaşında olan bir çox qız uşağına qarşı cinsi istismar etmək və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunurdu, 10 avqust 2019-cu ildə Nyu-York Manhattan Metropolitan Mərkəz Həbsxanasında ölü tapılmışdı.

Sənədlərdə Şəhzadə Endryu, ABŞ Prezidenti Donald Tramp, keçmiş ABŞ Prezidenti Bill Klinton, keçmiş İsrail Baş naziri Ehud Barak, keçmiş ABŞ Vitse-Prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzyonist Devid Kuperfild, vəkil Alan Derşovits və keçmiş New Mexico qubernatoru Bill Rişardson kimi məşhur adlar da yer alıb.

FTB və ABŞ Ədliyyə Nazirliyi araşdırmaları nəticəsində, “müştəri siyahısı”nın mövcudluğunu təsdiqləyəcək hər hansı sübut tapılmadığını, Epşteinin isə hücrəsində intihar etdiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki