image-epsteynbackend

Epşteynin fermasında axtarışlar başladı

ABŞ-ın Nyu-Meksiko ştatının hüquq-mühafizə orqanları əvvəllər qalmaqallı maliyyəçi Ceffri Epşteynə məxsus olmuş fermanın ərazisində axtarışlara başlayıb.

Referans Media  lent.az-a istinadən bildirir ki, araşdırma ötən həftə yenidən başladılıb. Prokurorların sözlərinə görə, əvvəllər məxfi saxlanılan FTB sənədlərində ortaya çıxan yeni məlumatlar əlavə araşdırma aparılmasını tələb edir.

Ferma Nyu-Meksiko ştatının paytaxtı Santa-Fedən təxminən 50 km cənubda yerləşir. İş ilk dəfə 2019-cu ildə Nyu-York federal prokurorlarının müraciəti əsasında bağlanıb.

2025-ci ilin yanvarında isə Nyu-Meksiko qanunvericiləri xüsusi komissiya yaradaraq araşdırmanın yenidən aparılmasına qərar veriblər. Məqsəd fermanın cinsi zorakılıq və insan alveri fəaliyyətinə yardım üçün istifadə edilib-edilmədiyini müəyyənləşdirməkdir. İddialara görə, Epşteyn öz şəxsi təyyarəsi ilə yetkinlik yaşına çatmayan qızları həmin əraziyə aparıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki