Əraqçidan dünyaya QORXUNC XƏBƏRDARLIQ

Referans Media  xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.

Əraqçi həmçinin qeyd edib ki, İranın ABŞ və ya ABŞ qüvvələrinə, qabaqlayıcı şəkildə hücum etməyi planlaşdırdığı iddiası tamamilə yalandır:

“Bu yalanın yeganə məqsədi İsrail tərəfindən hazırlanmış və adi amerikalılar tərəfindən maliyyələşdirilən bir bədbəxt hadisə olan “Epik Səhv” əməliyyatını haqlı çıxarmaqdır”.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran “Əsl vəd 4” əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki