“Biz Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq”.
Referans Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivlərini müzakirə edərkən deyib.
İranın xarici işlər naziri Azərbaycanla konstruktiv dialoqu qeyd edib.
O, mehriban qonşuluq siyasətini daha effektiv şəkildə irəli aparmaq üçün iki ölkə arasında iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın davamlı olaraq gücləndirilməsinin və genişləndirilməsinin vacibliyini vurğulayıb:
“Həmçinin Tehran və Bakı arasında bu sahələrdə məsləhətləşmələrin intensivləşdirilməsi önəmlidir”.























