Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Böyük Britaniyanın Baş naziri Kir Starmeri rəsmi mərasimlə qarşılayıb.
Referans xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.
Starmerin kortejini Prezident Sarayının qarşısında atlı süvarilər müşayiət edib. Rəsmi mərasim zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Mərasimdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Güler, Prezidentin kommunikasiya rəhbəri Burhaneddin Duran və digər rəsmi şəxslər iştirak ediblər.
