Ərəbistan səhrasında 30 il sonra ilk dəfə – VİDEO

Səudiyyə Ərəbistanında son 30 ildə ilk dəfə qar yağıb.

Referans Media  xəbər verir ki, ölkənin şimal bölgələrində, xüsusilə Tabuk vilayətində yerləşən dağlıq ərazilər qarla örtülüb, temperatur isə bəzi yerlərdə 0 dərəcədən aşağı düşüb.

Məlumata görə, Cəbəl əl-Lavz dağında yerləşən və təxminən 2 600 metr yüksəklikdə olan Trojena ərazisində qar və zəif yağış qeydə alınıb.

Eyni zamanda, ölkənin bir sıra bölgələrində güclü yağışlar qeydə alınıb./milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki