Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 942-ci qolu vurub.
Referans xəbər verir ki, Portuqaliya millisi hazırda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ermənistan millisi ilə oyun keçirir. Daha əvvəl ilk hissənin ortalarında qol vuran 40 yaşlı forvard ikinci hissənin əvvəlində hesabı 4:0-a çatdırıb.
İkinci hissənin ortalarında hesab 5:0 qonaqların xeyrinədir.
20:48
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 941-ci qolu vurub.
Referans xəbər verir ki, Portuqaliya millisi hazırda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ermənistan millisi ilə oyun keçirir . 40 yaşlı forvard ilk hissənin ortalarında qol vuraraq hesabı 2:0-a çatdırıb.
Birinci hissədən sonra hesab 3:0 qonaqların xeyrinədir.
