Ermənistan ordusu artıq belə adlanacaq

  “Ordumuzu böyük sürətlə inkişaf etdirir, əsaslandığı konsepsiyanı təkmilləşdiririk”.

Referans.az  xəbər verir ki, bu fikirləri Ermənistan parlamentində 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyib.

“Biz deyirik ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda hər hansı məsələni həll etmək kimi bir vəzifəsi yoxdur”, – o bildirib.

 Paşinyan həmçinin gündəlik danışıqda “döyüş qabiliyyətli ordu” ifadəsini “müdafiə qabiliyyətli ordu” anlayışı ilə əvəzləməyi zəruri hesab etdiyini deyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki