image-er53backend

Ermənistan parlamentində İNSİDENT

Ermənistan Milli Assambleyasında qalmaqal yaşanıb. Müxalif “Joxovurd” qəzetinin əməkdaşları, redaktor Knar Manukyan və jurnalist Sona Qriqoryan parlament binasından zorla çıxarılıb.

Referans Media xəbər verir ki, hadisə parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası zamanı baş verib.

Jurnalistlər iclasa “Hayastan” blokundan olan deputat Geqam Manukyanın dəvəti və verdiyi buraxılış əsasında qatılıblar. Komissiya sədri Andranik Koçaryan əvvəlcə onların iclasda iştirakına etiraz etməsə də, sonradan qərarını dəyişib.

İclas zamanı Dövlət Mühafizə Xidmətinin əməkdaşı parlament administrasiyasının rəhbəri David Arakelyanın adından jurnalistlərdən zalı tərk etməyi tələb edib. Andranik Koçaryan isə onların iclasa mane olmadığını bildirərək qalmalarını istəyib. sına icazə verib. Jurnalistləri həm Geqam Manukyan, həm də digər deputatlar müdafiə edib.

Lakin müzakirə olunan məsələlərdən birinin tamamlanmasından sonra Koçaryan jurnalistlərin zalı tərk etməsini tələb edib, fasilə elan olunub və bundan sonra “Joxovurd” qəzetinin əməkdaşları Dövlət Mühafizə Xidmətinin nümayəndələri tərəfindən zorla çıxarılıb. Knar Manukyan bu zaman komissiya sədrinə ünvanlanaraq, “Siz parlamenti spiker Alen Simonyanın mülkünə çevirmisiniz”, – deyə etirazını bildirib.

Daha sonra Knar Manukyan və Sona Qriqoryan parlament administrasiyasının rəhbəri David Arakelyandan izahat tələb etsələr də, onlardan binanı tərk etmələri xahiş olunub. Jurnalistlər bu qərardan yenidən məhkəməyə müraciət edəcəklərini bildiriblər. Knar Manukyan xatırladıb ki, birinci instansiya məhkəməsi onların akkreditasiyasının ləğvini qanunsuz sayıb, lakin iş hazırda apellyasiya mərhələsindədir.

Deputat Geqam Manukyan jurnalistləri öz kabinetinə qədər müşayiət etməyi təklif edib. Yolüstü Knar Manukyan akkreditasiyadan məhrum edilməsinə səbəb olan “zona pozuntusunu” göstərmək üçün iqtidar partiyasından olan deputatlardan birinin kabinetinə yaxınlaşmaq istəyib. Bu zaman mühafizə əməkdaşları onu və həmkarını qolundan tutaraq parlament binasından çıxarıblar.

Yayılan videokadrlarda Dövlət Mühafizə Xidmətinin Knar Manukyanı binadan çıxardığı və deputat Geqam Manukyanın müdaxiləsinin nəticəsiz qaldığı açıq şəkildə görünür./KONKRET.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki