Ermənistanda hərbi xidmətlə bağlı qərar verildi

Ermənistan parlamenti “Hərbi xidmət və hərbçinin statusu haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib. Yeni qaydalara əsasən, əsgəri heyət üçün məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək.

Bu barədə “News-Armenia” nəşri məlumat yayıb.

Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, dəyişikliklər 2026-cı il yanvarın 1-dən sonra qüvvəyə minəcək və yalnız 2026-cı il yanvarın 7-dən çağırılan müddətli hərbi qulluqçulara şamil olunacaq.

Nazir həmçinin qeyd edib ki, bu dəyişikliklər göstərilən tarixədək hərbi xidmətə çağırılanlara aid edilməyəcək./globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki