Ermənistanda itkin düşən çeçen qadının meyiti tapılıb

  Ermənistanda itkin düşən çeçen qadın ölü tapılıb.

Referans.az  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” respublikanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Nazirlik qadının qətlə yetirildiyini bildirib. Onun meyiti İrəvanda, Dəmirçyan küçəsində kirayədə qaldığı mənzildə aşkar edilib.

Ölən qadın oktyabrın 15-də itkin düşmüşdü. Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki