Ermənistanla Böyük Britaniya arasında yeni hərbi xətt AÇILDI

Böyük Britaniyanın Ermənistan səfirliyi mayor Tomas Şorland Bolun Ermənistanda ilk müdafiə rezidenti təyin olunduğunu açıqlayıb.

Referans Media  xəbər verir ki, bu addım Londonun İrəvanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə yönəlmiş növbəti siyasi-hərbi siqnalı kimi dəyərləndirilir.

Təyinat Böyük Britaniyanın regionda təhlükəsizlik dialoqunu gücləndirmək niyyətini göstərir.

Ermənistan tərəfi bunu müdafiə islahatlarına dəstəyin yeni mərhələsi kimi təqdim edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki