Bəs demarkasiya prosesinin sürətləndirilməsi üçün hansı addımlar atılmalıdır? Bu prosedurun nə vaxt tamamlanacağı gözlənilir?
Referans Media bildirir ki ,Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, bu prosesdə hər iki tərəfin yüksək səviyyədə iştirakı vacibdir. Onun sözlərinə görə, ümumi konsensus olmalıdır ki, nəticə effektli olsun:
“Hazırda Azərbaycan və Ermənistan arasında bu məsələlərlə bağlı əsasən razılaşma var və işlər həyata keçirilir. Bununla bağlı birgə hökumətlərarası komisiya yaradılıb. Komissiyaya hər iki ölkədən baş nazirin müavinləri rəhbərlik edir. Demək olar ki, iki ölkədən də peşəkar mütəxəssislər dəvət olunub. İslahatların müəyyən edilməsi ilə bağlı böyük bir yol keçilib. Azərbaycanla Ermənistan arasında zədələnmiş sərhəd xəttləri olub. Ermənistandan olan separatçı qurum bir zamanlar bu sərhədləri dəyişdirib. Göllərin yerinin dəyişdirilməsi hadisəsi, təpəliklərin yerinin dəyişdirilməsi kimi müəyyən torpaq eroziyaları baş verib. Çünki işğala məruz qalmış bölgə olub və uzun müddət orada əkinçilik aparılmayıb. İşğaldan azad edildikdə də, torpaqların vəziyyəti göz önündə idi. Ermənistan hakimiyyəti və separatçılar torpağa belə düşmən münasibət bəsləyiblər. Yəni, torpaq elə bir şeydir ki, məşğul olmadıqca, xidmət etmədikcə, torpaqda yüksək səviyyəli eroziya halları baş verir”.
“Çünki minalanmış ərazilərdən söhbət gedir. Həmin bölgələrdə minalanmış yerlər var. Təəssüflər olsun ki, bu günə qədər Ermənistan dəqiq mina xəritələrini təqdim etməyib. Mina xəritələri təqdim olunub, amma burda dəqiqləşmə elementləri möhkəm deyil. Buna görə də, proses bir qədər çətindir. Zaman keçdikcə daha da irəli doğru addımlar atılacaq. Bu proses uzun çəkə bilər. Ancaq nəticə etibarilə əlbəttə ki, yekunlaşacaq. Düşünürəm ki, sülh müqaviləsi imzalanana qədər bu proses yekunlaşacaq. Sülh müqaviləsinin imzalanması isə Ermənistandan asılıdır. Konstitusiyanın müvafiq maddələri dəyişdirilməlidir. Parlament seçkilərindən sonra bu məsələlər öz həllini tapacaq”.
