Ernest Muçi, Çətin səfər oyununda Göztepeyə qarşı 2 qol vurub. Ardıcıl 3 oyunda qol vuran futbolçu Türkiyə karyerasının ən uzun seriyasına çatıb.
Referans Media xəbər verir ki, Trendyol Super Liqasının 15-ci həftəsində “Trabzonspor” “Göztəpə”ni qəbul edib. İlk hissə qolsuz keçən matçda Ernest Mucinin iki qolu Trabzonspora qələbə qazandırıb. Ernest Muçi ardıcıl 3-cü matçında qol vuraraq, Türkiyədə karyerasının ən uzun qol seriyasına imza atıb.
Muçi, 15 ildə ardıcıl iki səfər matçında iki və ya daha çox qol vuran ilk Trabzonsporlu futbolçu oldu. Bu çıxışı ilə tünd-göylü komanda tarixə düşüb. Ernest Muçi bu mövsüm cəmi beş qol vurub və iki məhsuldar ötürmə edib ki, bu da onu Trabzonsporun ən formada olan oyunçularından birinə çevirib.
