backend

Esra Ceyhanın son görüntüsü gündəm oldu

Bir vaxtlar “Esra Ceyhanla A-dan Z-yə” proqramı ilə milyonların tanıdığı Esra Ceyhan uzun müddətdir ekranlardan uzaq həyat yaşayır. Tanınmış aparıcının illər sonra ortaya çıxan son görüntüsü sosial mediada böyük səs-küy yaradıb.

Referans Media xəbər verir ki, təbii görünüşü və sadə tərzi ilə diqqət çəkən Esra Ceyhanın dəyişimi izləyiciləri həm təəccübləndirib, həm də nostalji hisslər yaşadıb. Sosial şəbəkələrdə bəziləri “heç dəyişməyib” yazsa da, bir çox istifadəçi aparıcını tanımaqda çətinlik çəkib.

2001-ci ildə Orhan Gencebayın “Dil Yarası” klipində də rol alan Esra Ceyhan həmin dövrdə həm gündüz proqramlarının ən məşhur simalarından biri, həm də maqazin gündəminin vazkeçilməz adları sırasında yer alırdı.

Hazırda 56 yaşında olan və İstanbulu tərk edərək kənd həyatına üz tutan Esra Ceyhan qızı Ayşe ilə birlikdə sakit və təbiətə yaxın yaşam sürür. Sosial mediadan aktiv istifadə edən məşhur aparıcı gündəlik həyatından paylaşımlar etməyə davam edir.

Son görüntüləri ilə yenidən gündəmə gələn Esra Ceyhan haqqında estetik iddiaları da səsləndirilib. Aparıcı bu suallara “Botoks da yoxdur, dolğu da” cavabını verərək təbii olduğunu bildirib.

Bir müddət əvvəl çəkisi ilə bağlı tənqidlərə məruz qalan Ceyhan sərt reaksiya göstərərək, insanların görünüş üzərindən lağa qoyulmasının qəbuledilməz olduğunu vurğulamışdı.

Ekranlardan uzaq olsa da, Esra Ceyhan sosial mediada paylaşdığı görüntülərlə yenə də adından söz etdirməyi bacarıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki