image-g56backend

Etirazçılar SEPAH generalının oğlunu öldürdülər

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölən komandirlərindən birinin oğlu Fərəcullah Şüştəri etirazçılar tərəfindən öldürülüb.

Referans Media  yerli mediaya istinadla bildirir ki, hadisə cümə gecəsi İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində baş verib.

Qeyd olunur ki, onun atası, general Nurəli Şüştəri, SEPAH-ın Quru Qoşunları komandanının müavini, həmçinin İranın cənub-şərqində yerləşən SEPAH Qüds bazasının komandanı olub.

O, 2009-cu ildə kamikadze hücumu nəticəsində həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki