Ev şəraitində sistem qoşduranlara CİDDİ XƏBƏRDARLIQ EDİLDİ 

Daxili Xəstəliklər üzrə mütəxəssis Dr. Yener Gün damar daxili sistem müalicəsinin yalnız müəyyən klinik hallarda tətbiq edilməli olduğunu bildirib. O, həkim tövsiyəsi olmadan sistem qoşduranlarda ciddi sağlamlıq riskləri yaratdığına diqqət çəkib.

Dr. Gün qeyd edib ki, soyuqdəymə şikayətləri ilə müraciət edən xəstələrin böyük əksəriyyətində ağızdan qəbul edilən dərman müalicəsi kifayət edir. Yalnız yüksək hərarət, güclü bədən ağrıları və 39 dərəcədən yuxarı qızdırma hallarında bəzi xəstələrə damar daxili müalicə tətbiq oluna bilər.

Mütəxəssis sistemin yalnız xəstəxana şəraitində vurulmasının vacibliyini vurğulayaraq, evdə və ya qeyri-rəsmi tibbi məkanlarda aparılan prosedurların ağır allergik reaksiyalara, hətta həyati təhlükə yaradan anafilaksiyaya səbəb ola biləcəyini bildirib.

“Sarı sistem” anlayışının elmi əsasının olmadığını deyən Dr. Gün, sistemin rənginin deyil, tərkibinin önəmli olduğunu qeyd edib və yalnız həkimin uyğun gördüyü dərmanların damar yolu ilə verilməsinin düzgün olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki