Eva Murati ilə bağlı qalmaqal böyüyür – yeni görüntü gündəm oldu

UEFA Çempionlar Liqası yayımında çıxışı ilə tanınan alban aparıcı Eva Murati ilə bağlı yeni müzakirələr gündəmə gəlib.

Referans Media xəbər verir ki, Muratinin efir zamanı geyindiyi geyimlərə görə bəzi izləyicilər tərəfindən şikayət edildiyi iddia olunub. İddialara əsasən, onun seçdiyi geyimlərin yayım etikası ilə uyğun olmadığı barədə narazılıqlar bildirilib.

Məlumata görə, bu iddialardan sonra Eva Murati sosial şəbəkə hesabında yayım zamanı ayaqqabılarını çıxardığı görüntüləri paylaşıb. Həmin paylaşım qısa zamanda geniş yayılıb və sosial mediada müxtəlif reaksiyalara səbəb olub.

Bəzi istifadəçilər bu davranışı tənqid etsə də, Murati UEFA Çempionlar Liqası yayımlarında peşəkarlığı və ekran enerjisi ilə geniş auditoriya tərəfindən izlənilən simalardan biri olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki