“F-16”lar anqarlarda qaldı – Pilot çatışmazlığı yaranıb

  Bolqarıstan ABŞ-dən aldığı “F-16” qırıcı təyyarələrini hələ də tam istifadəyə verə bilmir. Səbəb yeni növ təyyarələri idarə edə biləcək pilotların azlığıdır.

 Referans.az   xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan Hərbi Hava Qüvvələrinin komandanı, general Nikolay Rusev hazırda altı pilotdan yalnız ikisinin “F-16 Block 70” modelində uçuş edə biləcək səviyyədə təlim keçdiyini bildirib.

2019-cu ildə ABŞ-dən sifariş verilən “F-16”ların təhvil prosesi davam edir. İndiyədək dörd təyyarə ölkəyə gətirilib, lakin yalnız biri rəsmi qəbul mərhələsini tamamlayıb. Generalın sözlərinə görə, ilin sonuna qədər daha iki təyyarənin də Bolqarıstana gətirilməsi planlaşdırılır.

Hazırda Hərbi Hava Qüvvələrinin inventarında iki təkoturacaqlı və iki ikioturacaqlı “F-16” var. İlk mərhələdə səkkiz təyyarədən ibarət bir eskadriliya formalaşdırılması, daha sonra isə ikinci müqavilə ilə bu sayın 16-ya çatdırılması nəzərdə tutulur.

Rusev bildirib ki, pilotların təlim prosesi planlaşdırıldığı kimi getmir. Altı pilotdan dördü köhnə “F-16” modelləri üzrə təlim keçdiyi üçün yeni “Block 70” versiyasında uçuş edə bilmələri üçün əlavə hazırlığa ehtiyac duyulur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki