Fatih Ürek infarkt keçirdi: Vəziyyəti kritikdir

  Türkiyənin tanınmış müğənnisi və aparıcısı Fatih Ürek infarkt keçirib.

Referans.az  xəbər verir ki, 59 yaşlı sənətçi hazırda özəl xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həkimlərin verdiyi məlumata görə, ilk 6 saat onun həyatı üçün həlledici olacaq.

Jurnalist Birsen Altuntaş sosial şəbəkə hesabında paylaşaraq sənətçinin səhhəti barədə məlumat verib:

“Fatih Ürek infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyadadır, vəziyyəti diqqətlə izlənir.”

 Sənətçinin yaxın dostu, aktyor Onur Akay da Ürekin Etilerdəki klinikada müalicə aldığını təsdiqləyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki