“Fənərbağça” sürpriz transfer reallaşdırıb.
Referans xəbər verir ki, İstanbul klubu “Mançester Siti” ilə qapıçı Edersonun keçidi üçün razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, braziliyalı qapıçının transferi üçün 13–14 milyon avro ödəniləcək. Artıq futbolçunun agenti Jorje Mendeş və klubun idman direktoru Devin Özeklə şəxsi şərtlər də razılaşdırılıb.
Ederson 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur və ingilislərlə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Cari mövsümün ilk iki turunda “şəhərlilər”in qapısını Ceyms Trafford qoruyub.
