"Fənərbağça"da bomba iddia – Tümer Metin məşqçi seçimini açıqladı

Türkiyəli keçmiş futbolçu və şərhçi Tümer Metin “Fənərbağça”nın baş məşqçi axtarışları ilə bağlı diqqətçəkən açıqlama verib.

Referans Media xəbər verir ki, Tümer Metin sarı-lacivərdli klub üçün ən uyğun namizəd kimi Abdullah Avcını göstərib.

O, canlı yayımda Abdullah Avcı haqqında yüksək fikirlər səsləndirib: “Uzunmüddətli plan üçün gözüm qapalı şəkildə etibar edəcəyim məşqçilərdən biridir. Həm insanlığına, həm də məşqçilik keyfiyyətinə zaminəm”.

Tümer Metin həmçinin Abdullah Avcı ilə şəxsi münasibətinə də toxunaraq onun peşəkarlığını xüsusi vurğulayıb.

Abdullah Avcı son olaraq Trabzonspor klubunu çalışdırıb və burada mühüm uğurlara imza atıb. O, 2021-22 mövsümündə Super Liqa çempionluğu, 2020-21 və 2022-23 mövsümlərində isə Türkiyə Super Kubokunu qazanıb.

Hazırda “Fənərbağça” klubunda baş məşqçi məsələsi gündəmin əsas mövzularından biri olaraq qalır və müxtəlif namizədlər müzakirə edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki