"Fənərbaxça" bombanı partlatdı! 50 milyonluq ulduz hücumçu gəlir

"Fənərbaxça"da prezidentliyə namizəd Əziz Yıldırımın İngiltərə Premyer Liqası təmsilçisi "Brentford"da çıxış edən braziliyalı forvet İqor Tiaqo üçün transfer planı hazırladığı iddia edilib.

Referans Media xəbər verir ki, 24 yaşlı hücumçu bu mövsüm göstərdiyi performansla Avropa klublarının diqqətini çəkib. Güclü fiziki xüsusiyyətləri və məhsuldarlığı ilə seçilən futbolçu 39 rəsmi matçda 25 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İddialara görə, "Fənərbaxça" rəhbərliyi forvet xəttini gücləndirmək üçün genişmiqyaslı transfer əməliyyatına hazırlaşır. Klubun prioritet hədəflərindən birinin məhz İqor Tiaqo olduğu bildirilir.

"Brentford"un futbolçu üçün yüksək məbləğ tələb etdiyi, transferin ümumi dəyərinin isə 50 milyon avro səviyyəsinə çata biləcəyi qeyd olunur.

Seçki öncəsi iddialı bir komanda qurmaq istəyən Yıldırımın, hücum xəttinə ən azı iki güclü forvet transfer etməyi planlaşdırdığı da iddialar arasındadır.

Transferlə bağlı rəsmi danışıqların yaxın günlərdə başlayıb-başlamayacağı isə maraqla gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki