“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko ilə bəzi oyunçular arasında münasibətlərin gərginləşdiyi, Kerem Aktürkoğlunun tez-tez əvəzlənməsinə mənfi reaksiya verdiyi iddia edilib.
Referans Media xəbər verir ki, “Fənərbaxça” rəhbərliyi baş məşqçi Domeniko Tedesko ilə davam etmək qərarına gəlsə də, bəzi oyunçularla məşqçilər heyəti arasında gərginlik üzə çıxıb. Xüsusilə Kerem Aktürkoğlunun vəziyyətdən narazı olduğu iddia edilib.
“Fənərbaxça”lı oyunçunun bu vəziyyətə qarşı üsyan etdiyi iddia edilsə də, Musaba və Oğuz Aydının da oxşar səbəblərdən məşqçidən şikayət etdiyi bildirilir.
Kerem Aktürkoğlunun “Fənərbaxça”nın “Karagümrük”ə məğlubiyyətindən sonra stadiondan ayrılması da diqqət çəkib. Onun stadiondan komanda yoldaşlarından ayrı çıxdığı, tez bir zamanda şəxsi avtomobilinə minib uzaqlaşdığı müşahidə edilib.
