Fənərbaxça-Qalatasaray derbisi: Süni intellekt qalib komandanı açıqladı

Trendyol Super Liqasının 14-cü həftəsi liqanın taleyinə birbaşa təsir edəcək nəhəng derbiyə şahidlik edəcək. Milyonlarla insanın nəfəsini kəsərək izləyəcəyi Fənərbaxça-Qalatasaray derbisinin necə nəticələnəcəyini süni intellekt alətləri Chat GPT və Gemini-dən soruşduq. Hər iki süni intellekt aləti eyni komandanın qalib gələcəyini proqnozlaşdırır.

Referans Media xəbər verir ki, Trendyol Super Liqasının 14-cü həftəsində “Fənərbaxça” və “Qalatasaray” Kadıköydə üz-üzə gələcək.

32 xalı olan “Qalatasaray” liderliyini qorumaq, 31 xalı olan “Fənərbaxça” isə zirvənin yeni sahibi olmaq istəyir. “Qalatasaray”ın əskik oyunçularının bolluğu diqqət çəkərkən, “Fənərbaxça” derbiyə yüksək əhval-ruhiyyə ilə gedir. Süni intellekt alətləri Chat GPT və Gemini-dən Super Liqada mövsümün taleyinə birbaşa təsir edəcək nəhəng matçın nəticəsini soruşduq.

Chat GPT matçı Fənərbaxçanın qazanacağını bildirib. Chat GPT: “Bu şərtlər altında matçın Fənərbaxçanın 1-0 hesablı qələbəsi ilə bitəcəyini düşünürəm. Evdəki üstünlüyü, hazırkı performansı və Qalatasarayın potensial heyət çatışmazlığı bunu dəstəkləyir”.

Google-ın süni intellekt botu Gemini, Chat GPT kimi, Fənərbaxçanı favorit elan edərək bildirib: “Qalatasarayın son həftələrdəki müdafiə xəttindəki  kritik çatışmazlıqları ilə Fənərbaxçanın güclü hücumu birləşdikdə, ev sahibi komandanın azarkeş üstünlüyü ilə yanaşı, şansları da artır. Qalatasarayın zəif müdafiəsinin Fənərbaxçanın sürətli templi cinah düzülüşlərinə müqavimət göstərə biləcəyi ehtimalı azdır. Mənim proqnozum: Fənərbaxça 3-1 Qalatasaray”.

Fənərbaxça-Qalatasaray derbisi bu axşam saat 20.00-da başlayacaq. Qarşılaşma “beIN Sports 1” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Həlledici oyunu Yasin Kol idarə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki