"Fənərbaxça" seçkilərində "BOMBA" transfer planı: Rafael Leao gəlir?

"Fənərbaxça"nın prezidentliyinə namizəd Hakan Safi ilə bağlı iddia idman ictimaiyyətində böyük rezonans doğurub. Məlumata görə, Safi İtaliyanın “Milan” klubunda çıxış edən Rafael Leaonu transfer edərək seçki öncəsi ciddi üstünlük qazanmağı hədəfləyir.

Referans Media xəbər verir ki, iddialara əsasən, Hakan Safi portuqaliyalı ulduz futbolçu ilə prinsipial razılığa gəlib. Namizədin Leao transferi üçün klubun tələb edəcəyi məbləğdən asılı olmayaraq bütün şərtləri qəbul etməyə hazır olduğu bildirilir.

Məlumata görə, 26 yaşlı futbolçunun "Fənərbaxça" ilə adı hallanması artıq klub azarkeşləri arasında böyük maraq yaradıb. Bu addımın Safinin seçki kampaniyasına ciddi təsir göstərə biləcəyi qeyd olunur.

Qeyd edək ki, Rafael Leao bu mövsüm “Milan” forması ilə 29 oyunda meydana çıxıb, 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki