"Fənərbaxça" sözləri ortalığı qarışdırdı: Jesus geri dönür?

Xorxe Jesus yenidən "Fənərbaxça" ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. Portuqaliyalı məşqçi “karyeramda tək əskik olan şey Türkiyə çempionluğudur” sözləri ilə böyük rezonans yaradıb.

Referans Media xəbər verir ki, Jesus Portuqaliya mətbuatına verdiyi müsahibədə karyerasını dəyərləndirərək Portuqaliya, Braziliya və Səudiyyə Ərəbistanında çempionluqlar qazandığını xatırladıb. O, “hazırda yalnız Türkiyədə çempionluq qazanmaq qalıb” deyərək diqqət çəkib.

Təcrübəli məşqçi "Fənərbaxça" dövrünə də toxunaraq, “kluba son 12 ildə qazandığı ən vacib kuboklardan biri olan Türkiyə Kubokunu qazandırdım” ifadəsini işlədib.

Digər tərəfdən, "Əl-Nəsr" klubundan ayrılacağı iddia edilən Jesusun yenidən "Fənərbaxça" ilə adı hallanır. Klub daxilində keçiriləcək seçkilər öncəsi baş məşqçi məsələsi gündəmdədir.

Jesus 2022–2023 mövsümündə "Fənərbaxça"nı çalışdırıb və komanda onun rəhbərliyi altında Türkiyə Kubokunu qazanaraq mövsümü liqada ikinci sırada tamamlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki