"Fənərbaxça"da prezidentliyə namizəd Əziz Yıldırımın baş məşqçi axtarışları ilə bağlı yeni iddialar gündəmə gəlib.
Referans Media xəbər verir ki, əvvəlcə Aykut Kocamanın adı gündəmdə olduğu halda, bu dəfə Yıldırımın dünyaca məşhur alman məşqçi Yurgen Klopp ilə də əlaqə saxladığı iddia olunur.
Məlumata görə, 73 yaşlı Aziz Yıldırım son günlərdə Klopp ilə qısa görüş və fikir mübadiləsi aparıb. İddialara əsasən, keçmiş “Liverpul” baş məşqçisi ilə gələcək planlar və əməkdaşlıq imkanları müzakirə olunub.
Bildirilib ki, Yıldırım həm yerli, həm də xarici məşqçi variantlarını dəyərləndirir və baş məşqçi seçimində geniş siyahı üzərində işləyir.
Qeyd edək ki, "Fənərbaxça"da prezident seçkiləri öncəsi baş məşqçi məsələsi azarkeşlər arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
