"Fənərbaxça"da futbolçu Emre Mor ilə yollar ayrılıb.
Referans Media xəbər verir ki, 28 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatıb və tərəflər əməkdaşlığı davam etdirməmək qərarı alıb.
Məlumata görə, Emre Mor bu mövsüm "Fənərbaxça"da rəsmi oyunlarda iştirak etməyib. Futbolçunun lisenziyasının çıxarılmaması səbəbindən o, yalnız fərdi məşqlərlə kifayətlənib.
Bildirilir ki, futbolçu İstanbuldan ayrılaraq Danimarkanın paytaxtı Kopenhagena gedib.
Emre Mor 2022-ci ildə transfer olunduğu "Fənərbaxça"da gözlənilən performansı göstərə bilməyib və klub karyerası səssiz şəkildə başa çatıb. Onun gələcək karyera planlarının yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.
