“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub

  “Fənərbaxça” italiyalı mütəxəssis Domeniko Tedesko ilə razılığa gəlib.

Referans xəbər verir ki, bu barədə “Fənərbaxça” futbol klubu məlumat yayıb.

Tedesko ilə 2 illik müqavilə imzalanacaq.

İtaliyalı mütəxəssisin köməkçisi Gökhan Gönül olacaq.

Qeyd edək ki, avqustun 29-u “Fənərbaxça”nın baş məşqçisi Jose Mourinyo istefaya göndərilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki