Fidan və Lavrov görüşdübackend

Fidan və Lavrov görüşdü

  Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Referans xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, görüş Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİCS sammiti çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli iqtisadi və siyasi məsələləri, həmçinin enerji sahəsindəki əməkdaşlığı müzakirə ediblər. Nazirlər Yaxın Şərqdəki, o cümlədən Qəzzadakı vəziyyət barədə də danışıblar.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki