Finlandiya ABŞ-dan Ukraynanın təhlükəsizlik zəmanətlərini NATO-nun müdafiə prinsipi ilə müqayisə etməməyi xahiş edib.
Referans Media xəbər verir ki, bu barədə ” Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, Finlandiya bu müqayisənin NATO-nun əsasını təşkil edən kollektiv müdafiə prinsipini zəiflədə biləcəyini bəyan edib.
Qeyd edək ki, Şimali Atlantika Alyansı haqqında müqavilənin 5-ci maddəsi NATO ölkələrindən birinə silahlı hücum olacağı təqdirdə kollektiv cavabı nəzərdə tutur.//publika.az
