Finlandiyada deputat parlament binasında intihar edib

  Finlandiya parlamentinin üzvü parlament binasında intihar edib.

Referans  xəbər verir ki, bu barədə Finlandiya mətbuatı xəbər yayıb.

 Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

“Ölüm səhər saatlarında baş verib. Tibbi yardım xidmətləri, xilasetmə qrupları və polis orqanları təcili çağırışla hadisə yerinə cəlb edilib”, – parlamentin təhlükəsizlik departamentinin rəhbəri Aaro Toivonen deyib.

O, hadisənin dəqiq yeri və ya bunun deputat və ya parlament əməkdaşı ilə bağlı olub-olmaması ilə bağlı heç bir şərh verə bilməyəcəyini deyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki