Finlandiyalı siyasətçi: Aİ “Dördüncü Reyx”ə sürüklənir

Finlandiyalı siyasətçi: Avropa Komissiyasının sədri Aİ-ni “Dördüncü Reyx”ə çevirməyə çalışır.

Referans MEDİA-nın xəbərinə görə, Finlandiyanın milli-mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü Armando Mema TASS-a müsahibəsində bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqını “Dördüncü Reyx”ə çevirməyə cəhd göstərir və bu siyasət Aİ-ni fəlakətə aparır.

Onun sözlərinə görə, iqtisadi, siyasi və ideoloji baxımdan Aİ dağılmaq təhlükəsi ilə üz-üzədir: “Ursula Avropada sülhü qorumağın yeganə yolunun ‘Dördüncü Reyx’ qurmaq olduğuna inanır. Bu isə həm illüziya, həm də fanatizmdir. Bu mənada Ursula fon der Lyayen Rusiya Prezidenti Vladimir Putinə faktiki olaraq kömək edir. Putin Avropaya qarşı heç bir addım atmadan, Aİ-nin gözləri önündə necə çökməsini izləyir”, – deyə Mema vurğulayıb.

Siyasətçi fon der Lyayenin apardığı siyasəti Aİ-nin əsas prinsiplərinə zidd olan “tam bir fəlakət” adlandırıb. O qeyd edib ki, Avropa İttifaqı sülhü təşviq etmək üçün yaradılıb, lakin hazırkı rəhbərlik Avropanı yenidən silahlandırır və vahid Avropa ordusu formalaşdırmaq niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki