Kilian Mbappe ilə bağlı İspaniya mətbuatında yeni və qalmaqallı iddia ortaya çıxıb.
Referans Media xəbər verir ki, Real Madrid rəhbərliyinin futbolçunu satış siyahısına daxil etdiyi iddia olunur.
Məlumata görə, klub prezidenti Florentino Perez Mbappe üçün təxminən 250 milyon avro dəyərində transfer qiyməti müəyyənləşdirib.
Son dövrlərdə "Santyaqo Bernabeu" stadionunda azarkeşlərin futbolçuya göstərdiyi reaksiyalar da diqqət çəkib. İddialara görə, Mbappe "Real Oviedo" ilə oyunda adının elan olunması zamanı fitə basılıb.
İspan mətbuatında yer alan xəbərlərdə həmçinin futbolçunun şəxsi həyatı və bəzi qərarlarının klub daxilində narazılıq yaratdığı iddia olunur.
Hazırda Real Madriddə vəziyyətin gərgin olduğu və Mbappe ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi bildirilir.
