Florida ştatının Nümayəndələr Palatası Palm-Biç hava limanının ABŞ prezidenti Donald Trampın şərəfinə adlandırılmasına səs verib.
Referans Media xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
“Bu, prezidentin doğma şəhəridir, o, hava limanından 8 km məsafədə yaşayır”, – deyə qanun layihəsinin həmmüəllifi, Respublikaçılar Partiyasından Nümayəndələr Palatasının üzvü Meq Vaynberqer bildirib.
Yenidən adlandırmanın lehinə 81 qanunverici səs verib, 30 nəfər əleyhinə çıxıb.
