Fransada 30 xəstəni zəhərləməkdə və 12 nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinən keçmiş anesteziya mütəxəssisi Frederic Pechier məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Referans Media xəbər verir ki, Məhkəmə Pechier barəsində hökmünü açıqlayıb. Məhkəmə 30 hadisə üzrə təqsirli bilinən keçmiş həkimi ömürlük azadlıqdan məhrum edib.
12 nəfərin ölümünə səbəb olub
Frederic Pechier barəsində ilk istintaq 2017-ci ildə xəstələri zəhərlədiyi şübhəsi ilə başlanmışdı. Keçmiş anesteziya mütəxəssisi 2008–2017-ci illər arasında çalışdığı iki fərqli klinikada yaşları 4-dən 89-a qədər olan 30 xəstəni zəhərləməkdə, onlardan 12-nin ölümünə səbəb olmaqda ittiham olunurdu.
İstintaq materiallarına görə, Pechier xəstələrin dərmanlarına ürəyin qəfil dayanmasına səbəb olan tibbi maddələr qatıb.
Keçmiş həkimin məhkəmə qərarından 10 gün ərzində apellyasiya şikayəti vermək hüququ var.
