Fransa Fələstin dövlətini tanıdı

  Fransa Nyu-Yorkda keçirilən beynəlxalq sammitdə Fələstin dövlətini rəsmən tanıdığını açıqlayıb.

Referans xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron açılış nitqində deyib:

“İsrail və Fələstinin sülh və təhlükəsizlik içində yanaşı yaşaya bilməsi üçün iki dövlətli həll imkanını qorumaq üçün əlimizdən gələni etməliyik. Fransa Fələstin dövlətini tanıyır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki