Fransa vaxt qoydu – Müharibə olacaq

  Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabien Mandon bəyan edib ki, Fransa ordusu 3-4 ildən sonra münaqişəyə hazır olmalıdır.

Referans.az  xəbər verir ki, Mandon Milli Assambleyanın (Fransa aşağı palatası) öz internet saytında yayımlanan müdafiə komitəsinin dinləmələrində deyib:

“Silahlı qüvvələr qarşısında qoyduğum ilk məqsəd üç-dörd ildən sonra toqquşmaya hazır olmaqdır”.

Mandon Rusiya ilə qarşıdurma kontekstində yaranmış vəziyyətdən danışıb. General etiraf edib ki, toqquşma artıq hibrid formada gedir, lakin gələcəkdə daha da böyüyə bilər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki